Cəmiyyət

Nömrəsiz...

4 Mart 2015 10:37
0 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sürücülər yaxşı bilirlər ki, avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək qanunla qadağan olunur. Buna baxmayaraq, paytaxt küçələrində nömrəsiz maşınlara tez-tez rast gəlinir. Qanun keşikçiləri onları saxlayanda isə müxtəlif bəhanələr gətirirlər - "oğurlayıblar", "itirmişəm".

Bəlkə də onların sözlərində həqiqət payı var, ancaq Yol Hərəkəti Qaydaları istənilən halda nömrəsiz maşın sürməyi qadağan edir.

Bakıda və ölkənin digər yerlərində nömrəsiz maşınlar tərəfindən vurulan piyadaların sayı az deyil. Onların bəziləri təcili yardım gələnə qədər dünyalarını dəyişiblər. Belə olan halda isə günahkarları tapmaq çətin olur.

Milli.Az xəbər verir ki, Day.Az saytı məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən şərh alıb.

Qurumdan bildiriblər ki, yol polisi inspektorları nömrəsiz maşın görən kimi saxlayırlar. Belə maşınların sahibləri 40-60 manat dəyərində cərimə olunur. Nömrələr istehsalçının müəyyənləşdirdiyi yerdə olmalıdır. Bəzən sürücülər nömrələri ön şüşənin altından qoyurlar. Bu da qayda pozuntusudur. Əgər nömrə oğurlanıbsa, itibsə və ya qəza nəticəsində yararsız hala düşübsə, maşını sürmək olmaz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.