Cəmiyyət

Sinoptiklər hansı hava şəraitini vəd edirlər?

3 Mart 2015 12:39
7 Şərh     Baxış: 6 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda mart ayına məxsus hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 4-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Bu cür hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.