Cəmiyyət

Ziya Bünyadov prospektində yeni piyada keçidi söküləcək?

2 Mart 2015 15:33
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ziya Bünyadov prospektində yeni inşa olunan yerüstü piyada keçidinin sökülməsindən söhbət gedə bilməz.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən bəzi KİV-lərdə bununla bağlı yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd edilib ki, bəzi KİV-lərdə bununla bağlı yazılan məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil: "Keçidin döşəmə hissəsinin üzlənməsi və pəncərələrdə şüşə hissəsinin montajı istisna olmaqla digər işlər tamamilə yekunlaşıb. Demək olar ki, işlərin 90 faizi görülüb".

ASC-dən deyiblər ki, sözügedən işlərin yerinə yetirilməsi üçün artıq nəzərdə tutulan materiallar sifariş olunub, həmin materiallar gətirildikdən sonra yerdə qalan işlərə başlanılacaq: "Ümumilikdə işlərin mart ayının sonu, aprel ayının əvvəllərində başa çatdırılması planlaşdırılır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.