Cəmiyyət

Ana övladı üçün yalvarır: "İmkanım çatmır övladımı müalicə etdirməyə" - FOTO

2 Mart 2015 14:57
5 Şərh     Baxış: 3 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Balasının ağır durumu ananı çıxılmaz vəziyyətə salıb.

Oğuz rayonunun ucqar bir kəndindən Milli.Az-a balasının xilası üçün kədərli məktub ünvanlayıb. Rayon sakini Sona Əhmədova yazır ki, oğlu İlham 2009-cu ilin sentyabr ayında anadan olub. Doğuş zamanı həkimlərin səhlənkarlığı ucbatından travma alıb və serebral iflic olub. Doğulan gündən müalicə götürür. İranadək aparılıb, artıq 3 ildir, həkimlər əməliyyat olunmasının vacib olduğunu deyirlər. Əməliyyatdan sonra isə güclü reabilitasiya aparılmalıdır.

"İmkanım çatmır övladımı müalicə etdirməyə. Oğlum 6 yaşın içərisindədir, gəzmək istəyir, gəzə bilmir, əsəb keçirir... Ana kimi Azərbaycan xalqından, kömək göstərmək imkanı olan şəxslərdən xahiş edirəm ki, mənim övladımın müalicəsinə köməklik etsinlər. Dövlətimizdən də kömək istəyirəm. Mənim imkanım çatmır ki, serebral iflic xəstəsini ayağa qaldırım. İndiyədək uşağa verilən müavinətlə aparıram onu müalicəyə. Dönə-dönə xahiş edirəm, mənim övladıma kömək edəsiniz", - deyə ana yardım istəyir.

Kömək etmək istəyənlər üçün ünvanı təqdim edirik:

Tel: 055 488 74 87

E-mail: [email protected]

Bank rekvizitləri:

Alan müştərinin adı: Əhmədova Sona Akif qızı

Alan müştərinin hesab nömrəsi: AZ16IBAZ33801019445341895338

Alan Bank: Azərbaycan Beynəlxalq Bankı Oğuz şöbəsi

Alan Bankın SWIFT kodu: IBAZAZ2X

Alan bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944

Alan Bankın kodu: 805777

Bankın VÖEN-i: 9900001881

Bankın ünvanı: AZ4800. Oğuz ş. H.Əliyev pr.98

Əlaqə telefonları: 02421 5 33 35 Fax: 02421 5 33 35

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.