Cəmiyyət

Şeyxülislam və komitə rəhbəri din xadimlərinin suallarını cavablandırdılar - FOTO

28 Fevral 2015 17:22
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə birgə müşavirə keçirilib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırıb, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli-mənəvi, ənənəvi dini dəyərlərin təbliği və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər.

Görüşdə QMİ sədrinin I müavini müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunub, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

Görüşdə QMİ sədri və Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən din xadimlərinin suallarını cavablandırıb və irəli sürülən təkliflərə münasibət bildiriblər.

Konstruktiv səpkidə keçən görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.