Cəmiyyət

Trend BİA və "Türkməndövlətxəbərləri" əməkdaşlıq haqqında saziş imzalayıblar

28 Fevral 2015 12:09
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkmənistanın Dövlət İnformasiya Agentliyi ("Türkməndövlətxəbərləri") informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Sazişi Trend BİA-nın baş direktoru İlqar Hüseynov və "Türkməndövlətxəbərləri" sədri Bekdurdı Amansarıyev imzalayıblar.

Sənədə əsasən, tərəflər Azərbaycan və Türkmənistanın, habelə digər ölkələrin siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında operativ informasiya, analitik materiallar və fotoçəkilişlərin mütəmadi mübadiləsini aparacaqlar.

Tərəflər, həmçinin dövlət başçıları və rəsmi nümayəndə heyətlərinin səfərlərinə, habelə iki ölkənin ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərə informasiya dəstəyinin təmin edilməsində sıx əməkdaşlıq etmək niyyətindədirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.