Cəmiyyət

Paytaxtın ən böyük prospektinin bir hissəsi bağlandı - YENİLƏNİB - FOTO

28 Fevral 2015 12:59
0 Şərh     Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:59

Xəbər verildiyi kimi bu gün səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA-ya verdiyi məlumata görə, aparılan təmir işləri Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır.

P. Mürsəliyev bildirib ki, Bağırov körpüsünün alt hissəsində tuneldə görülən işlər əsasən alkopanların dəyişdirilməsindən, yol cizgiləri və yol göstərici xətlərinin yenidən rənglənilməsindən və tuneldə bir sıra təmizlik işlərinin həyata keçirilməsindən ibarətdir.

Qurum rəsmisinin sözlərinə görə, görülən işlərin sabah günorta saatlarına qədər yekunlaşması gözlənilir.

----------
09:56

Bakının şah damarında nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Təmir-bərpa işləri 01.03.2015-ci il 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.