Cəmiyyət

Evinizdəki telefon adapteri çox təhlükəlidir! - VİDEO

27 Fevral 2015 22:50
1 Şərh     Baxış: 10 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Telefon adapteri 3 yaşlı qızın ölümünə səbəb oldu.
Evdə oyuncaq hesab edib telefon adapteri ilə oynayan 3 yaşlı qızcığaz cihazın keçirdiyi elektrik nəticəsində dünyasını dəyişdi. Bəs telefona 5 volt enerji verən adapter uşağı necə öldürə bilər? Milli.Az xəbər verir ki, "Xəzər Xəbər" bir addımlığımızda olan təhlükəni araşdırıb.

Elektrik şəbəkəsinə qoşulu qalan adapterin telefona taxılan hissəsini ağzına qoyması 3 yaşlı körpə qızın ölümünə səbəb oldu. Atası isə cəsədini qucağına alaraq çəkdirdiyi şəkillə digər valideynlərin eyni kədəri yaşamaması üçün xəbərdarlıq etdi.

Sosial şəbəkələrdə sürətlə yayılan foto görənləri həm qəhərə boğdu, həm də düşündürdü.

Mütəxəssislər bildirir ki, satışda olan adapterlərin əksər hissəsi orijinal deyil. Bu səbəbdən də adapterlərdəki xüsusi sistem keyfiyyətsiz məhsullarda elektrik cərəyanını normal ötürə bilmir. Buna görə də əslində çox adi bir əşya saydığımız adapter elektrik şəbəkəsinə qoşulu qaldığı halda istənilən insan üçün həyati təhlükə yaradır.

Bədbəxt hadisələrin yaşanmaması üçün telefon enerji yığdıqdan sonra adapteri elektrik şəbəkəsindən ayırmaq məsləhət görülür. Bu məsələdə xüsusilə evlərində azyaşlı uşaqları olan valideynlərin daha diqqətli olması tövsiyə edilir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.