Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatına başlayır.
Komissiyadan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanuna əsasən "Azərbaycan dili" fənnindən test imtahanı verməlidirlər.
Həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılır.
Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar (Dövlət rüsumu 2 AZN-dir). Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.
Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- “Deyirlər ki, ərə gedib çıxmadı, uşağı olmadı?” - VİDEO
- Qazaxıstanda tutulan şəxs Azərbaycana gətirildi
- COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir
- Kəndlərimiz necə qaytarıldı? - Zəfərə aparan yol
- Cavanşir Məmmədovun ölüm səbəbi bilindi - Qızı açıqladı
- Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir
- Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
- Ən bahalı futbolçularımız – VİDEOSÜJET
- Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
- Baş nazirdən bu binalarla bağlı qərar
- Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasına dair konkret tapşırıqlar verildi - FOTO
- Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
- Paşinyandan ilk açıqlama
- Tovuzda 34 yaşlı qadın niyə yandırılıb? - TƏFƏRRÜAT - VİDEO
- Cavanşir Məmmədov vəfat etdi
- "Oğluma edəcəyim kiçik toydan hələ olmayıb" - VİDEO
- Ağamirova Dünya kubokunun finalında iki dünya çempionuna qarşı
- Zukerberq Maskı geridə qoydu
- Türkiyədə tarixi bina yanır - FOTOlar
- Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
- “Artıq səbrim bitmək üzərədir”
- “Abzas Media” və “Toplum TV” işində yeni faktlar - FOTO
- Dondurma sağlamlığa zərərlidir?
- Gürcüstanın işlənmiş avtomobil bazarında böhran yaşanır