Cəmiyyət

Qaynana və qaynataya da ata-ana kimi itaət etmək lazımdırmı?

28 Fevral 2015 19:46
15 Şərh     Baxış: 6 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, islam baxımından ata-ananın hökmü bütün insanların hökmündən daha artıqdır. Belə ki, Quranda Allahdan sonra valideynin sözünə qulaq asmağımız və Allahın əmrinə zidd olmadığı halda, onlara tam itaət etməyimiz əmr olunub. Lakin qaynana və qaynatanın da ehtiramını gözləmək vacibdir. Çünki əvvəla, onlar hər şeydən əvvəl yaşca böyük ağsaqqal və ağbirçək şəxslərdir. İslam yaşca böyüklərə ehtiram göstərməyi tələb edir.

Onları təhqir etmək, incitmək günahdır. İkincisi, qaynana və qaynataya ehtiram göstərmək ailə düzəninin qorunmasına və ərlə arvadın münasibətlərinin mehriban olmasına müsbət təsir edən amillərdəndir. Əlbəttə, əgər qaynana və qaytananın dediklərində dinlə və məntiqlə sübuta yetmiş səhv cəhət varsa, buna ədəb-ərkanla etiraz etmək olar.

Bunu da qeyd edək ki, şəriət baxımından, qadın hər kəsdən öncə öz ərinin sözünə itaət etməlidir. Ərinin sözünü üstün saymaq şərti ilə qaynana və qaynatasının da ehtiramını gözləməsi lazımdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.