Cəmiyyət

Kor dərviş və Quran

28 Fevral 2015 23:20
0 Şərh     Baxış: 1 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir gün bir adam gözləri görməyən bir dərvişin evinə qonaq gəlir... Birdən evdə, masanın üzərində Qurani-Kərim olduğunu görür və heyrət edir...

Çünki dərviş tək yaşayırdı, həm kor idi, həm də evdə özündən başqa kimsə yaşamırdı...

Bu məsələnin üzərində dayanmadı və səbəbini də soruşmadı... Lakin bu maraq onun ürəyində qaldı... Gecə yarısı Qurani-Kərimin avazı ilə oyandı... Yerindən qalxaraq baxdı ki, gözləri görməyən ev sahibi kitab rəfinin yanındakı masanın başında oturub Qurani-Kərim oxuyur... Belə ki, oxuduğu yerləri barmağıyla da təqib edirdi... Bu dəfə özünü saxlaya bilməyib soruşdu:

- Sən, gözləri görməyən bir adamsan... Necə olur ki, Qurani-Kərimə baxaraq oxuya bilirsən? Üstəlik, barmağınla da təqib edirsən?

Dərviş cavab verir:

- Allah istəsə, hər şey olar...

Mən Qurani-Kərim oxumağı çox sevirəm... Lakin gözlərim görmür... Allaha dua etdim: "Ya Rəbbim, Qurani-Kərimi oxuyarkən mənim gözlərimi aç ki, o Müqəddəs Kitabı əlimə alıb oxuya bilim", - dedim...

Allah mənim bu duamı qəbul buyurdu... Nə vaxt oxumaq üçün Qurani Kərimi əlimə götürsəm, gözlərim açılır və mən Qurani-Kərimə baxaraq oxuyuram...
 

islam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.