Cəmiyyət

17 dərəcə isti olacaq

27 Fevral 2015 00:05
4 Şərh     Baxış: 4 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bəzi bölgələrində 17 dərəcə isti olacaq

Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək, arabir 15-17 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 27-28-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 8-13° isti, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-4° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15°-dək, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 18-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1-3° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.