Tələbə Qəbuluü zrə Dövlət Komissiyası magistraturaya qəbul olmaq üçün qoyulan müsabiqə şərtlərini açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər ("Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).
Müsabiqədə ümumi bala qoyulan minimal tələblər fərqlidir. Şərtlərə əsasən, Təhsil ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda (Bədən tərbiyəsi və idman ixtisasından başqa) dövlət sifarişli yerlərə qəbul olmaq istəyən bakalavrlar 65 bal, ödənişli yerlər üçün 60 bal toplamalıdırlar. Humanitar və sosial ixtisaslar qrupunda bu bal müvafiq olaraq 75 bal, 70 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda müvafiq olaraq 70 bal, 65 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 50 bal, 45 bal toplamalıdırlar.
Müsabiqə şərtlərinə əsasən, Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə I mərhələnin nəticəsinə qoyulan minimal tələb 40 bal, Humanitar və sosial ixtisaslar qrupunda 50 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 45 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 30 baldır.
Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.
Müsabiqənin II mərhələsinin nəticəsinə qoyulan minimal tələblər Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa), Humanitar və sosial ixtisaslar qrupu, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə dövlət sifarişli yerlər üçün 25 bal, ödənişli yerlər üçünsə 20 bal olub. Yalnız Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında dövlət sifarişli yerlər üçün 20 bal, ödənişli yerlər üçün 15 bal olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
- "Tarqovu"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
- Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
XƏBƏR LENTİ
- "O, alıb 78 qəpikdən, mən alıram 1 manat 70 qəpikdən..."
- Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
- Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir
- Bu şəxslər üçün cəzalar sərtləşdirilir
- Fələstində ermənini nazir təyin etdilər
- Gülyaz Məmmədova xarici ölkə prezidenti ilə görüşdü - FOTO
- Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir
- "️Crocus"da yaralananların sayı 382-yə çatdı
- Yunanıstanda güclü zəlzələ oldu
- Satışa çıxarılan "Prius"ların sayı 3 dəfə artdı - Nə baş verir?
- Bu dəfə Şəbnəm Nigara söz atdı: "Külək kimi əsir"
- “Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...
- “Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıram”
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ramazan ayının on doqquzuncu gününün iftar və namaz vaxtları - FOTO
- Mentalitet dəyişib, qadınlar dron uçurur - Modi
- "Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar
- Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
- Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edildi
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Bu ailə zəlzələdən sonra 7 aydır, çadırda yaşayır - FOTO
- 40 yaşında görünürəm - Bayden
- Burakın İngiltərədəki tədbiri ləğv edildi: Polis icazə vermədi - FOTO
- Xabi Alonso ilə bağlı qərar verildi