Cəmiyyət

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlandı

24 Fevral 2015 12:40
0 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

TQDK-dan APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Nəticələr fevralın 24-də saat 12:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola bilər. İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.

İmtahanda ən yüksək nəticə isə 96 bal olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.