Cəmiyyət

Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI

23 Fevral 2015 15:42
4 Şərh     Baxış: 10 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
- ərizə qəbulu - 03 - 12 fevral
- qəbul imtahanı - 1-ci mərhələ 22 fevral
- proqram seçimi - 01 - 10 aprel
- qəbul imtahanı - 2-ci mərhələ 26 aprel
- ixtisaslaşma seçimi - 07 - 12 may
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 22 - 28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
- ərizə qəbulu - 16 - 23 fevral
- qəbul imtahanı (1-ci mərhələ) - 15 mart
- qəbul imtahanı (2-ci mərhələ) - 07 iyul
- ixtisaslaşma seçimi - 10- 14 iyul
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 21- 24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
05, 12, 19 aprel, 3 may

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
- ərizə qəbulu (I- IV qruplar) - 01 - 30 aprel
- ərizə qəbulu (V qrup) - 05 - 18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) - 15 - 30 aprel
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 06 - 19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01 - 31 mart

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may
- qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may
- qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul
- qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul - 05 avqust
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul - 05 avqust
- ixtisas seçimi (I- V qruplar) - 30 iyul- 11 avqust
- boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar) - 14 - 19 avqust

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
- ərizə qəbulu - 05 - 18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 06 - 19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 01 - 31 mart
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 1-ci imtahan - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı- 2-ci imtahan - 07 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 15 iyul - 05 avqust
- ixtisas seçimi - 14 - 19 avqust
- boş qalan yerlərə ixtisas seçimi - 27 - 31 avqust

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
- ərizə qəbulu - 01 - 31 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat - 20 may - 02 iyun
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 02 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 07 - 11 iyul
- ixtisas seçimi - 08 - 15 iyul
- boş qalan yerlərə ixtisas seçimi - 01 - 10 avqust

Buraxılış imtahanları:
- Peşə liseyləri - 15 mart
- 1-ci istiqamət (Bakı) - 02 iyun
- 2-ci istiqamət (region) - 06 iyun
- 3-cü istiqamət (region) - 11 iyun
- 4-cü istiqamət (region) - 16 iyun
- Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı: - Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə - 02 iyul

Monitorinq imtahanları: 6 və 7-ci siniflər - 6, 7 aprel (region); 9, 10 aprel (Bakı).
11-ci sinif - 15, 16, 17 aprel (Bakı); 20, 21 aprel (region).

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.