Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan "Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi"nin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) oldular.
BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları Bakı Ali Neft Məktəbində salamlayaraq, onları görməkdən məmnun olduğunu bildirdi.
O, Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. Rektor Elmar Qasımov BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğuladı.
Elmar Qasımov hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirdi. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını dedi. Rektor E.Qasımov tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə BANM-in 2012-ci və 2013-cü illərdə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını vurğuladı. O, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsində tam şəffaf və obyektiv mühitin yaradıldığını qeyd etdi. Bununla yanaşı, rektor E.Qasımov BANM-də tədris prosesinin müasir metodlarla təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında da jurnalistlərə məlumat verdi.
Sonra Elmar Qasımov "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçısı olan KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birgə reallaşdırdığı "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsi neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihə Azərbaycan KİV-də enerji mövzularının işıqlandırılmasında keyfiyyətin yüksəldilməsi, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri haqqında biliklərinin artırılmasına yardım göstərilməsi, ölkəmizin neft sənayesinin son illər ərzində qazandığı qlobal və regional əhəmiyyətli nailiyyətlər, habelə SOCAR-ın fəaliyyət istiqamətləri ilə onların daha yaxından tanış olmaları məqsədilə həyata keçirilir. İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Bakı Ali Neft Məktəbində "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO
23 Fevral 2015 13:28
Baxış: 1 548
DİGƏR XƏBƏRLƏR
- “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib - FOTO
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
- “Abzas Media” və “Toplum TV” işində yeni faktlar - FOTO
- ANS-in keçmiş aparıcısı baş redaktor təyin edildi
XƏBƏR LENTİ
- Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTOlar
- Ermənistan-Gürcüstan yolu açıldı, 1-ci gün...
- “Tesla” bütün “Cybertruck” pikaplarını GERİ ÇAĞIRDI - SƏBƏB
- Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
- Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTOlar
- "Qarabağ" qələbəni əldən verdi
- Bağanis Ayrım kəndi minalardan təmizlənir
- Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA
- Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
- Mahmud Qurbanov: “İnanmıram ki, bu, “Qarabağ”, “Neftçi” üçün maraqlı olsun” - VİDEO
- Xərçəngdən qorunmağın SADƏ YOLU
- Türkiyə ordusu Suriya və İraqda terrorçuları məhv etdi
- Bakıda oteldə yanğın başlayıb
- 5 ədəd qoz yeyib 4 saat gözləyin ... - FOTO
- Paris Hilton ilk dəfə qızını göstərdi - FOTOlar
- Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA
- Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb
- 2 ildir COVID-dən əziyyət çəkirdi, öldü
- Bakıda taxta bazarı yanır, əraziyə 15-ə yaxın texnika gətirilib - YENİLƏNİB
- Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
- Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
- Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”
- ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO
- 13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı