Fevralın 22-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyinin gecə və səhər arabir 28-33 m/s-dək güclənəcəyi, axşam 10-15 m/s-dək mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə və gündüz 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Milli.Az
Cəmiyyət
Sinoptiklərdən proqnoz: axşama doğru...
22 Fevral 2015 00:05
10 Şərh
Baxış: 18 819
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- Bakıda yeniyetmələr küçədə görün nə etdi: çəkilən görüntülər təəccüb doğurur - VİDEO
- Sürət həddini aşmaq ona baha başa gəldi
- Begemot dərisindən qamçı ilə döyüldü – Hitler şəxsi düşmənini necə öldürüb?
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
- Rusiyalı hərbi müxbir Ukraynada öldü
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var