Cəmiyyət

Cəbhə bölgəsində belə dərs keçilir - FOTO

20 Fevral 2015 12:44
Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə birgə təşkil etdiyi mediatur çərçivəsində KİV nümayəndələri Ağdamın Qaradağlı kənd tam orta məktəbində olublar.

Trend-in məlumatına görə, bu məktəbdə 310 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 nəfər məşğul olur.

Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək. Mediatur bu gün yekunlaşacaq.

Qeyd edək ki, mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunur. Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərin təşkilində məqsəd dövlət başçısının "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.