Cəmiyyət

Bakıda tələbələr təqaüdlərini niyə ala bilmirlər?

18 Fevral 2015 11:24
8 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir sıra dövlət universitetlərində təhsil alan tələbələr təqaüdlərinin gecikdirilməsindən şikayətçidirlər. Bu barədə "Qafqazinfo"ya məlumat verən tələbələr qeyd edirlər ki, onlar yanvar ayının təqaüdünü hələ də ala bilməyiblər: "Artıq fevral ayının ortalarıdır. Biz hələ də təqaüd almamışıq. İndiyə kimi bu qədər gecikdirilmə olmamışdı. Tələbələr bildirirlər ki, bir çoxları məhz aldıqları təqaüdlə bir sıra problemlərini həll edirlər".

Məsələ ilə bağlı "Qafqazinfo" bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.

Tibb Universitetinin nümayəndəsi bildirib ki, Təhsil Nazirliyi 2015-ci illə bağlı xərcləri köçürmədiyindən təqaüdlər gecikdirilir. Vəsait köçürülən kimi tələbələrin təqaüdü veriləcək. Aldığımız məlumata görə, bu günlərdə problem həll olunacaq.

İqtisad Universitetindən də eyni problemin olduğunu təsdiqləyiblər.

Sözügedən məsələ ilə bağlı "Qafqazinfo" Təhsil Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təmin edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.