Cəmiyyət

Sənəd qəbulu başlandı

13 Fevral 2015 13:43
0 Şərh     Baxış: 1 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu başlanıb.

Anspress-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2015-ci ilin fevralın 16-dan 23-dək aşağıdakı qaydada aparılacaq:

Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və "TQDK-nın virtual ödəmə kartı"nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Ətraflı məlumat eservices.tqdk.gov.az/erizerez/erize səhifəsindəki aktual keçidlərdə verilib.

-    Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirir.

-    Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən "Elektron imza" sertifikatını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi" formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.

Namizədlər "Namizədin elektron ərizəsi" formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh, Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da doldurur və təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.

Rezudenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.

Namizədlər ərizələrini təsdiq etdirmək üçün 2015-ci il fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 900-dan 1700-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi 2015-ci il martın 15-də, ikinci mərhələsi 2015-ci il iyulun 7-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. Naxçıvan şəhərində Naxçıvan MR-da yaşayan namizədlər imtahan verirlər.

İmtahanda iştirak etmək üçün namizəd 2015- ci il martın 12-dən 14-dək olan müddətdə imtahanın birinci mərhələsi üçün, iyulun 4-dən 6-dək olan müddətdə isə imtahanın ikinci mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni eservices.tqdk.gov.az/brxvrez internet səhifəsindən çap edib götürür.

Namizədlər imtahana gələrkən "Namizədin imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. İmtahanın vaxtı və yeri "Namizədin imtahana buraxılış vərəqəsi"ndə göstərilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.