Cəmiyyət

Azərbaycanda məktəbdə keçirilən illərin sayı artacaq

12 Fevral 2015 08:30
0 Şərh     Baxış: 4 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropanın əksər ölkələrində orta təhsil 12 illikdir. Bu, həm təhsil sisteminin keyfiyyətinin artırılması, tədrisin effektli olması, həm də şagirdlərin ev tapşırıqlarından əhəmiyyətli dərəcədə azad edilməsidir. Bununla yanaşı, belə sistemdə ibtidai təhsil 6 il davam edir, sonrakı illər isə orta təhsil "yuxarı" təhsil sayılır. Bizim təhsil sisemi isə tədris tsiklinin 11 il olması səbəbində həm keyfiyyət, həm də effrektlik baxımından Avropadan geri qalır.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Mili.Az-a açıqlamasında bildirdi ki, məktəblilərin dərs proqramı çox yüklüdür. Onun sözlərinə görə, bu məsələ zaman-zaman müzakirə də olunub. Əgər 12 illik təhsilə keçilərsə, proqram yükü azalacaq.

Ekspert qeyd edib ki, əksər qonşu ölkələr artıq 12 illik təhsilə keçib: "Düşünürəm ki, bizdə də 5 ildən sonra bu məsələ aktual olacaq. 12 illik təhsilə keçmək üçün əsasları olmalıdır. proqramlar, dərsliklər, məzmun dəyişdirilməlidir, strukturu müəyyənləşdirilməlidir. İnqilabi yolla bu məsələni həll etmək mümkün deyil. Hazırlıq mərhələsi lazımdır. Qazaxıstan bu il 12 illik təhsilə keçidi yekunlaşdırmaq üzrədir. 2004-cü ildən başlayan proses indi başa çatır. Onlar bu yolu 10-12 ilə gedib. Problemləri öyrənərək, çıxış yolunu axtararaq keçirdilər. Biz də elə etməliyik ki, Ukrayna kim olmasın ki, 12 illik təhsil alınmadı, uğursuzdu və sair. Düşünürəm, 12 illik təhsilə keçiddə tələskənilyə yol vermək lazım deyil".

Mill Məclisin Elm və Təhsil Komitəsinin deputatı Əhməd Vəliyev Milli.Az-a bildirdi ki, 12 illik təhsil dünyada qəbul olunmuş bir sistemdir. Azərbaycan da Avropa təhsil məkanına inteqrasiya edir. Bu da orta təhsilin bərabərləşməsinə gətirib çıxarır.

Millət vəkilinin sözlərinə görə, bu sistmə keçid dərs yükünün ağır və ya yüngül olması ilə bağlı deyil, söhbət proqramlardan gedir:

"12 illik təhsildə baza hissə on il, yerdə qalan iki il isə istiqamətlər üzrə olur. Şagird baza təhsilini tam alandan sonra, hansı istiqamətə meylli olması məlum olacaq. Bu sistemə birdən-birə keçmək olmaz. Artıq dövlət başçısı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı bir müddətdir ki, təsdiq edib. Gələn ildən bu sistemə keçidə başlanacaq, ona qədər isə hazılıq gedəcək. Təhsil maşın deyil ki, kəsib başqasını düzəldəsən. Buna hazırlıq, maddi-texniki baza, kadr potensialı, tədris metoduna təminat lazımdır. Kitablar, proqramlar hazırlanmalıdır. Bu isə elə də sadə deyil. Hər halda strategiyaya 2016-cı ildən başlanacaq. Sonra məlum olacaq ki, keçə bilərik, ya yox".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.