Cəmiyyət

"Özəl ali məktəblər bu məsələdə maraqlı deyillər"

11 Fevral 2015 13:29
0 Şərh     Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məleykə Abbaszadə: "Özəl ali məktəblərə qəbul olanların əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil"



Azərbaycanda hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib.

Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda özəl ali təhsil müəssisələri əsasən humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur: "Abituriyentlər ərizələrinin ilk mövqelərində əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2014-cü ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4,71 faiz olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0,67 faiz olmuşdu. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır".

M.Abbaszadə bildirib ki, 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə əsasən bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı: "Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.