Cəmiyyət

Azərbaycanda qar yağacaq

11 Fevral 2015 12:59
46 Şərh     Baxış: 10 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim şimal küləyi gündüz güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 12-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.