Cəmiyyət

Azərbaycana qar yağacaq

9 Fevral 2015 12:55
22 Şərh     Baxış: 11 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi ərazilərində qar, fevralın 11-i axşam isə Bakıda yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 9-da bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-11 şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.