Cəmiyyət

Müəllimlərin əmək haqlarının verilməməsi məsələsinə aydınlıq gətirildi

9 Fevral 2015 12:29
0 Şərh     Baxış: 2 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbəqədər hazırlıq qruplarında dərs keçən müəllimlərin əmək haqlarının verilməməsi ilə bağlı narazılıqlara aydınlıq gətirib.

Təhsil İdarəsindən APA-ya bildirilib ki, 15 oktyabr 2014-cü il tarixindən etibarən Bakı şəhərində olan ümumtəhsil müəssisələrində məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərməyə başlayıb. 15 oktyabrdan 15 dekabra qədər həmin hazırlıq qruplarında dərs deyən müəllimlər əməkhaqqı ilə təmin olunublar.

Qeyd edək ki, ötən ildən etibarən təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakının bir sıra məktəblərində məktəbəqədər hazırlıq qrupları açılıb. Oktyabrın 15-dən etibarən hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.