Cəmiyyət

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

4 Fevral 2015 12:56
13 Şərh     Baxış: 8 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda hazırda müşahidə edilən qeyri-sabit hava şəraiti fevralın 6-dək davam edəcək. Sabah günün ikinci yarısından başlayaraq, həm küləyin sürəti zəifləyəcək, həm də yağıntılar kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 5-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq, yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.