Cəmiyyət

Hava şəraiti kəskin dəyişəcək

3 Fevral 2015 12:40
13 Şərh     Baxış: 12 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda havanın temperaturu enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, axşam buludluluğun artacağı gözlənilir. Gecəyə doğru bəzi yerlədə yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəz olunacaq, günün ikinci yarsında külək güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.