Cəmiyyət

ADA Universitetində "İdarəetmə və kommunikasiya bacarıqları" təlim kursu başa çatdı - FOTO

2 Fevral 2015 12:55
Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ADA Universitetinin İxtisasartırma proqramı 5 may - 28 noyabr 2014-cü il tarixlərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 53 əməkdaşı üçün təşkil etdiyi "İdarəetmə və kommunikasiya bacarıqları" təlim proqramını uğurla başa vurub.

Universitetdən Trend-ə verilən məlumata görə, məzun günündə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və ADA Universiteti İxtisasartırma proqramının rəhbəri xanım Aygün Hacıyeva çıxış etmişlər. Proqram iştirakçılarını salamlayan səfir H.Paşayev gənc peşəkarlara uğurlar arzulayıb və məzunları ADA Universitetinin sosial həyatında yaxından iştirak etməyə səsləyib.

E.Mehdiyev təlim proqramının həyata keçirilməsində göstərdiyi dəstəyə görə DSMF-nin kollektivi adından ADA Universitetinə təşəkkürünü bildirib. Dövlət qulluğunun ən vacib şərtlərindən biri olan kadr potensialı və insan kapitalının inkişafı, o cümlədən gənclərin davamlı inkişaf tələbləri ilə ayaqlaşmaq istəyinə cavab olaraq bu təlimlərin DSMF-nin gənc əməkdaşlarının peşəkar inkişafında və gündəlik fəlayyətlərində əvəzsiz rol oynadığını bildirib.

Daha sonra İxtisasartırma proqramının direktoru xanım A.Hacıyeva DSMF üçün təşkil olunmuş "İdarəetmə və kommunikasiya bacarıqları" təlim proqramının yekunları üzrə təqdimat edib. "Şəxsi idarəetmə bacarıqları və şəxsi səmərəlilik", "Komandanın idarə edilməsi və motivasiya", "Menecment və səmərəli idarəçilik bacarıqları", "Səmərəli kommunikasiya bacarıqları", "Təqdimat bacarıqları" və "İctimai nitq bacarıqları" kimi 6 moduldan, o cümlədən rəhbərlər üçün təşkil olunmuş "Danışıqların aparılması bacarıqları" kimi dərslərdən ibarət təlim proqramının əsas məqsədi gənc peşəkarlara öz güclu və zəif tərəflərini daha yaxşı anlamaq, səmərəli iş üslublarını tapmaq, başqa insanlarla effektiv ünsiyyət qurmaq və onları idarə etməkdə yardım etməkdir.

Məzun gününün sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.