Cəmiyyət

Şamaxının 103 yaşlı sakininin uzunömürlülük sirri - VİDEO

31 Yanvar 2015 18:39
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"KANAL S" (Region TV)  xəbər verir ki, Şamaxı sakini Gülayım nənə 103 yaşı olmasına baxmayaraq, həyata sevgi ilə bağlanıb. Vaxtilə həyatında müəyyən çətinliklər yaşasa da taleyindən heç zaman narazı olmayıb.

1912-ci il martın 21-də - bayram günü dünyaya göz açan Gülayım nənənin gənclik illəri elə də xoş keçməyib. Həyat yoldaşını müharibədə itirən ana iki övladını təkbaşına böyüdüb. Əkin-biçin işləri ilə məşğul olan Gülayım nənə zəhmətlə, öz halal qazancı ilə onlara sahib çıxıb. Gülayım nənə bu yaşa  gümrah gəlib çıxmasını yaşadığı məkan və övladlarının ona yaxşı baxması ilə əlaqələndirir. Gülayım nənənin 2 övladı, 10 nəvəsi, 25 nəticəsi və 3 kötükcəsi var. Bütün şəcərə onun başına yığılanda isə ev dolub-daşır.

Qeyd edək ki, Şamaxıda 100 yaşdan yuxarı sakinlərin sayı 11 nəfərdir ki, onlardan 3-ü 100, 2-si 102, 2-si 103, 3-ü 105, 1-i isə 112 yaşındadır.

Milli.Az
Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.