Cəmiyyət

Hacı Nurana ad günündə sürpriz - FOTO

31 Yanvar 2015 16:14
1 Şərh     Baxış: 1 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uzun müddətdir Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış teleaparıcı hacı Nuran Hüseynov fəlsəfə magistri fəxri adı ilə təltif edilib.

Anspress-in məlumatına görə, onu bu fəxri adı Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru Vaqif Bayramov layiq görüb.

Hacı Nuran belə bir dərəcəyə layiq görülməsini sevinclə qarşılayıb. O, öz sevincini və minnətdarlığını belə bildirib:

"Ad günümdə gözəl bir sürpriz. Bu gün, yanvarın 31-də mənə dünyanın qabaqcıl universitetlərindən biri olan Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü, professor, akademik Vaqif Bayramov tərəfindən fəlsəfə magistri fəxri adı təqdim edildi. Təşəkkür etməyə acizəm. Minnətdaram, Vaqif müəllim. Təqdimatı məhz bu gün ad günümdə etdiyiniz ücün sizə ürəkdən "Çox sağ olun" deyirəm!"

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.