Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıblar

31 Yanvar 2015 14:32
Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarında və xarici ölkələrində hərbi attaşe vəzifələrində çalışmış yüksək rütbəli iki zabit ordu sıralarından ehtiyata buraxılıb
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndəriliblər.
 
Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən APA-ya bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb.
 
Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.