ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan "Atlantik Şura"nın hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə Vaşinqtonda təşkil etdiyi "Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru" adlı konfransda Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, Slovakiya və Gürcüstan xarici işlər nazirləri, Ukrayna xarici işlər nazirinin müavini və Polşa xarici siyasət idarəsinin yüksəkvəzifəli təmsilçisi ilə birlikdə "Bütöv və Azad Avropaya doğru" başlıqlı paneldə çıxış etmiş S.Seyidov Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakı barədə fikirlərini bölüşüb. O, əvvəlcə bu proqram çərçivəsində əldə olunmuş mühüm nəticələri, xüsusilə ötən dövrdə tərəflər arasında viza prosedurlarının sadələşdirilməsi və readmissiya haqqında sazişlərin bağlanması və Azərbaycanın bir sıra Avropa İttifaqı proqramlarında iştirakına yol açan əlavə protokolun razılaşdırılmasını misal gətirib.
Millət vəkili, bundan əlavə, enerji sahəsində aparılan uğurlu dialoq və Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində göstərilən qarşılıqlı səyləri vurğulayıb.
Eyni zamanda, S.Seyidov bəziləri tərəfindən insan hüquqlarından geosiyasi məqsədlər üçün istifadə olunmasını irad tutub. O, bu mənada Avropa İttifaqı institutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı atılan addımların elə Avropanın öz maraqlarının əleyhinə getdiyini qeyd edib.
Növbəti olaraq, postsovet məkanında mövcud münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verildiyini söyləyən parlamentin komitə sədri bu kontekstdə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq tədbirlər görmüş olsaydı, digər postsovet ölkələrində oxşar hadisələr təkrarlanmaz idi.
Mövzu üzrə fikrini davam etdirən S.Seyidov, həmçinin sanksiyaların tətbiqi məsələsində ikili standartların nümayiş etdirildiyini göstərib.
Nəhayət, Azərbaycan Milli Məclisinin üzvü Şərq Tərəfdaşlığının gələcəkdə uğurlu icrasının təmin edilməsi üçün keçmişdə buraxılmış səhvlərin dərindən təhlil edilməsi və lazımi nəticələrin çıxarılmasının vacibliyini ifadə edib.
Milli.Az
Cəmiyyət
"Azərbaycana qarşı vaxtaşırı atılan addımlar elə Avropanın öz maraqlarının əleyhinədir"
31 Yanvar 2015 14:37
Baxış: 631
DİGƏR XƏBƏRLƏR
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
XƏBƏR LENTİ
- "Xəzər səması-2024" birgə taktiki təlimi keçirildi - FOTO
- “Hörümçək adam”ın adından dələduzluq - FOTO
- İsrailə cavab verəcəyik - Hizbullah
- Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Sərxandan Kamran Həsənliyə: “Pulla efirə çıxmaq irsi olaraq sizdən keçib”
- Qumenyuk vəzifəsindən azad edildi
- Fransanın növbəti diplomatları qovulub - "Observer Online" yazır
- Bakıda tıxacda sürücülər arasında əlbəyaxa dava düşdü - VİDEO
- Bakıda Dünya kuboku start götürür
- “Bir dəfə anama müdiri dedi ki... - Anam ağladı” - VİDEO
- Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
- İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
- Yenicə toyu olan Xəyalə Manaflının arxiv görüntüləri yayıldı - VİDEO
- Məhkəmə Dilan Polatla bağlı qərar verdi - FOTO
- “iPhone” istifadəçilərinə pis xəbər - kiberhücum oldu
- Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
- Türkiyədə daha bir zəlzələ oldu
- Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Kömək elə səsini eşitdik...”
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Bakıda gəncdən anormal davranış: İşıqfor dirəyinə... - VİDEO
- Rusiya Dnepri vurdu - ölən və yaralananlar var - FOTO
- "Nəslimdə "TikTok" işlədən yoxdur" - VİDEO
- Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?