Cəmiyyət

Bakıda dövlət idarəsi vətəndaşın başına "daş" saldı - FOTO

31 Yanvar 2015 12:01
0 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qaş düzəldilən yerdə göz çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin binasında aparılan təmir başqasının əmlakına ciddi ziyan vurub.

Fuad Məmmədov Milli.Az-a bildirib ki, dünən maşınını həmin binanın yaxınlığında saxlayıb. Fitosanitar Xidmətin binasında gedən təmir işləri zamanı böyük bir taxta parçası maşının üzərinə düşüb. Maşına ciddi ziyan dəyib. Başına gələnlə bağlı təmir işlərini aparan şirkətin iş icraçısına deyib və aldığı cavab isə özünü "əzib":

"Get, kimə istəyirsən, şikayət elə. Dedim ki, bəlkə, maşının yox, adamın üzərinə düşərək öldürəcəkdi? Dedi ki, cəhənnəmə olsun. Görəsən, bu qədər məsuliyyətsizliyə görə kim cavabdehdir? Tikinti gedir, kənarda isə heç bir təhlükəsizlik tədbiri görülməyib".

Zərərçəkmiş əlacsız qalaraq polisə üz tutub və Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində izahat yazıb. Polisdən bildirilib ki, əgər ona dəymiş ziyan ödənilməsə, materiallar məhkəməyə göndəriləcək.

İş günü olmadığından Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mövqeyini öyrənmək mümkün olmadı.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.