Cəmiyyət

Azərbaycanda QHT-lər üçün hesabatların verilməsi qaydası dəyişdirildi

31 Yanvar 2015 11:28
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin illik maliyyə hesabatları təqdim etmə qaydası dəyişdirildi.

Nazırlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda dəyişikliklər edilib.

Yeni qərarla QHT-lər üçün "maliyyə fəaliyyəti" və "əsas fondlar" anlayışına aydınlıq gətirilib. Belə ki, maliyyə fəaliyyəti QHT-nin, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır. Əsas fondlar isə təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

Yeni qərara görə, QHT-lərin, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına uzunmüddətli, qısamüddətli, xalis aktivlər (kapital), uzunmüddətli və qısamüddətli öhdəliklər barədə məlumatlar daxil olmalıdır.

Qərara görə, illik maliyyə hesabatlarının məzmununa yeni məlumatlar daxil ediləcək. Bu, QHT və xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi, QHT, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar) olmalıdır.

Qərara görə, QHT-lər, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını yeni qayda ilə təqdim edəcəklər.

Bu qaydalara görə, həmin qurumlar nazirliyə hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan QHT-lər, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5), hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan QHT, xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri təqdim etməlidirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.