Cəmiyyət

Rezidenturaya qəbul qaydaları açıqlandı

30 Yanvar 2015 19:31
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Rezidentura" jurnalının 1-ci sayı nəşr olunub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda rezidenturaya qəbul qaydaları, baza fənləri üzrə qəbul proqramları, test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırıqları nümunələri təqdim olunub. Qaydalara əsasən, rezidenturaya qəbul imtahanı iki mərhələdə test üsulu ilə keçiriləcək. Qəbul imtahanının birinci mərhələsi mart ayının 15-də, ikinci mərhələsi isə iyul ayının 7-də olacaq.
  

İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.
  

Namizədlərin nəzərinə çatdırılıb ki, ötən il olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.