Cəmiyyət

Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb

30 Yanvar 2015 17:52
0 Şərh     Baxış: 7 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda uşaqlar arasında təhlükəli virus yayılıb. Virus qıza zamanda xeyli uşağa yoluxub. Belə həyəcanlı virus barədə oxucular Milli.Az-a yazıblar. Bildirirlər ki, uşaqlar arasında epidemiya yayılıb. Uşaqlarda qusma və ishal halları neçə gündür davam edir. Təcili yardım çağırılaraq iynə vurulsa da, irəliləyiş yoxdur.

Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında epidemiya yayılmasını təsdiq etməsə də, virusun olmasını inkar etmədi. Əlavə etdi ki, virus xəstəliklərinin bir qismi payız-qış aylarında daha çox görünür. Virus elədir ki, uşağa yoluxanda burun-boğaz qıcıqlanması ilə yanaşı, bağırsağın fəaliyyətinə təsir edir.

Baş pediatrın sözlərinə görə, buna bağırsaq diareyası deyilir: "Bir qrup viruslar tənəffüz, burun-udlaq yolları ilə yanaşı, həm də bağırsaqları qıcıqlandırır. Epidemiyanı Allah bizim millətə göstərməsin. Yayılmış virus isə qorxulu hal deyil. Düzgün müalicə edib virus əleyhinə müalicə aparılsa, sağalma baş verir. 3-5 gün ömrü olur".

N.Quliyev uşaqlarda virusun qarşısını almaq üçün məslətlərini də dedi: "Viruslu xəstəliyin konkret müalicəsi yoxdur. Diareyaya görə çoxlu maye vermək, qızdırma salan dərmanlardan istifadə etmək, bağırsaq əlamətləri varsa, pəhrizə keçmək lazımdır. Bağırsaq qıcıqlandıran qidalardan uşaqları uzaqlaşdırmaq lazımdır. Neytral qidalar verilməlidir. Ət, kələm, bulyon, meyvə verlsə, bu, uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə soyutma kartof, mannı, turş və süzmə qatıq verilməli, ət yeməkləri, ədviyyat və turşunu rasiondan çıxarmaq lazımdır".

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.