Cəmiyyət

Bakıda növbəti edam səhnəsi - YENİLƏNİB - FOTO

30 Yanvar 2015 17:13
0 Şərh     Baxış: 10 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda həyata keçirilən ağac edamına münasibət bildirdi. Məlum olur ki, acınacaqlı səhnənin icrası üçün rəyi elə nazirliyin özü verib.
 

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, Aleksandr Təhməzov Bakı şəhər Yaşıllaşdırma və Təsərrüfatı birliyindən Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 101 ünvanında 5 ağacın kəsilməsi üçün müraciət etib.

Həmin qurum isə rəy verilməsi üçün nazirliyin müvafiq idarəsinə müraciəti müsbət cavablandırılıb. Həmin ağacların köklərinin çürüməsi, təhlükəli olması, eyni zmanda yolda piyada səkilərini qoparması aşkarlanıb.

Bu gün isə rəy icra olunub, qovaq, safrona və göyrüş növündən olan ağaclar kəsilib, bəziləri isə budanıb.

----------
16:37

Bakı şəhərində ağaclar da edam olunur. Lakin insanlardan fərqli olaraq ağacın başını kəsənlər bunu nə üçün etdiyinin fərqinə varmırlar.

Növbəti edam səhnəsi bu gün Nəsimi rayonu, Salatın Əsgərova küçəsində icra olunub.

Milli.Az-ın məlumatına görə, metronun "Nizami" stansiyasının yaxınlığında iki irigövdəli ağac dibindən kəsilib. Ağacların niyə kəsilməsi məlum deyil. Onları kəsənlərin hansı cəzanı alacağı da artıq önəmini itirir. Əlli ilə boya-başa gələn ağacı bir göz qırpımında məhv edən adam üçün hansı cərimənin olması əhəmiyyətli deyil.

Ceyhun, Anar
Milli.Az


---------
17:13

Böyütmək üçün şəkillərə klikləyin.

Kölgəsi rahat hesab edilən, özləri isə kimlərinsə hesabını pozan, təhlükə mənbəyi sayılan ağaclara özünüz baxın.



-----------
16:37


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.