Cəmiyyət

Qışın son ayının hava proqnozu açıqlandı: QAR olacaq?

30 Yanvar 2015 12:37
9 Şərh     Baxış: 11 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Temperatur:
Gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı ehtimalı var. Gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında


Temperatur:
Orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Gecələr 3-8° şaxta, bəzi günlərdə 15-20° şaxta təşkil edəcək.
Gündüzlər 9-14° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 11-29 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Temperatur:
Orta aylıq 3° şaxtadan 2°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 0-5° şaxta, bəzi günlərdə 10-15° şaxta təşkil edəcək.
Gündüzlər 7-12° isti, bəzi günlərdə 0-5° şaxta, ayın ikinci yarısının ayrı-ayrı günlərində 13-16° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-35 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Temperatur:
Orta aylıq 2-4° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 0-5° isti, bəzi günlərdə 3-6° şaxta təşkil edəcək.
Gündüzlər 7-12° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti, ayın ikinci yarısının bəzi günlərində 15-17° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında


Temperatur:
Orta aylıq 1° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 2-7° şaxta, bəzi günlərdə 0-5° isti təşkil edəcək.
Gündüzlər 6-11° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, ayın ikinci
yarısının ayrı-ayrı günlərində 14-17° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 24-55 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Temperatur:
Orta aylıq 3-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 2-7° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Gündüzlər 9-14° isti, bəzi günlərdə 0-5° isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasın yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Temperatur:
Orta aylıq 2-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 2-7° isti, bəzi günlərdə 1-3° şaxta, dağlarda 7-12° şaxta təşkil edəcək.
Gündüzlər 8-13° isti, bəzi günlərdə 0-3° isti, ayın ikinci yarısının ayrı-ayrı
günlərində 16-19° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.