Cəmiyyət

Abituriyentlər, mütləq oxuyun!

29 Yanvar 2015 13:06
0 Şərh     Baxış: 3 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Әvvəlki illərin məzunları olan abituriyentlər bu il qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olunmaları üçün buraxılış imtahanı səviyyəsində olacaq eksternat imtahanda iştirak edəcəklər.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Ancaq bu, yalnız cari ilin məzunlarına şamil olunacaq: "Әvvəlki illərin məzunlarının qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaları üçün təklif ediləcək ki, onlar buraxılış imtahanı səviyyəsində olacaq eksternat imtahanda iştirak etsinlər. Onların attestat qiymətlərini nəzərə ala bilməyəcəyik".

M.Abbaszadə onu da əlavə edib ki, bu il 4 yeni sınaq imtahanının keçirilməsi nəzərdə tutulur: "Təkrar sınaq imtahanlarına yazılanların sayı elə də çox olmur. Bundan başqa, uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyələri haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa, hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanları keçirəcəyik. Hələ ki, nəzərdə tutmuşuq ki, 4 sınaq imtahanı keçirilsin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.