Cəmiyyət

Həftəsonu Bakıda gəzməli hava olacaq

29 Yanvar 2015 12:49
15 Şərh     Baxış: 4 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftəsonu Bakıda gəzməli hava olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, lakin axşama doğru şimal və şərq rayonlarında yağıntılı olacaq. Səhər və axşam duman proqnozlaşdırılır, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti proqnozlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.