Cəmiyyət

Sumqayıtda İcra hakimiyyətindən qadağa - VİDEO

28 Yanvar 2015 23:14
0 Şərh     Baxış: 2 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək
Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək. Bunun üçün şəhər İcra hakimiyyətində tədbirlər planı hazırlanıb. Artıq şəhər sakinlərinə də xəbərdarlıq edilib.

Binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır.

Qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.

Görüntülər Sumqayıtdandır. Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulan paltarları qurutmaq üçün eyvandan həyətdə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər başqa çarələrinin olmadığını deyərək özlərini müdafiə edir.

İslaq paltarlarını çəkinmədən küçəyə asmaq şəxsi seçim sayılsa da şəhərinin görünüşünə ziyan vurduğu da bir gerçəkdir. Üstəlik başqalarını da narahat edir, quruyan pal-paltarın suyu yoldan keçənlərin başına damcılayır.

Problem şəhər rəhbərliyinin gündəmindədir.Hazırlanan tədbirlər planı ilə paltarların belə qurudulması qadağan ediləcək.

Ancaq vəziyyətin obyektiv səbəbləri də nəzərə alınaraq ilkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.