Cəmiyyət

Metroda yenə problem yaşandı

28 Yanvar 2015 22:04
1 Şərh     Baxış: 2 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sərnişinlər vaqona minmək üçün xeyli reys ötürməli olublar
Bu gün axşam saatlarında metronun Elmlər Akademiyası stansiyasında böyük insan tıxacı yaranıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində yaşanıb.

Belə ki, sərnişinlərin stansiyaya daxil olması üçün metronun girişində böyük insan tıxacı yaranıb. Eyni vəziyyət stansiyanın daxilində, eskalator və platformalarda da yaşanıb.

Vaqonların 3 dəqiqə intervalla hərəkət etməsinə baxmayaraq, platformalarda insanların sayı həddən çox olub. Metroya axın böyük olub. Platformaya çatan sərnişinlər vaqona minmək üçün xeyli reys ötürməli olublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.