Cəmiyyət

Azərbaycanda qar yağacaq

29 Yanvar 2015 00:05
7 Şərh     Baxış: 10 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər rayonlarda yağıntıların kəsiləcəyi gözlənilir

Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, arabir 16-18 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı, duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə və səhər havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-7° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.