Nahaq yerə demirlər ki, gözəllik ondur, doqquzu dondur... Azərbaycanda da 2015-ci ilin dəb trendləri və geyim rəngləri xanımların ən çox maraqlandığı mövzulardır. Azərbaycan xanımlarının zərif, fərdiliyi önə çəkən geyimlərə üstünlük verməsi dəb sahəsində çalışanlara yaxşı məlumdur. Öz naxışları ilə seçilmək xanımların əsas arzusudur və onların modelyerlərdən də gözlədikləri elə bundan ibarətdir. Deyirlər, bu il geyimlərdə və dizaynda əsasən al qırmızı, mavi, qızılı, sarı rənglər diqqətdə olacaq.
Bəs modelyerlər nə düşünürlər? Bu il geyimlərdə və dizaynda, əsasən, hansı biçimlər, hansı rənglər diqqətdə olacaq?
Milli.Az xəbər verir ki, modern.az saytı bu sualla modelyer-dizayner Zümrüd Mizəliyevaya müraciət edib.
- Zümrüd xanım, 2015-ci il hansı dəb diqqət çəkəcək, daha çox hansı biçimli geyimlər üstünlük təşkil edəcək?
- Ötən il 20-30-cu illərin dəbi idisə, 2015-ci il də 70-80-ci illərin dəbi olacaq. Hazırda müşahidə edilən dəb 60-cı illərə aiddir və ilin sonuna doğru 80-ci illərin dəbini görəcəyik. Sadə dildə desək, analarımızın geyindiyi geyimlər geri qayıdır. Bu il ərzində nisbətən qısa, mini, rahat, bədənə yapışmayan geyimlər dəbdə olacaq. İndiki mövsümdə balağı enli şalvarlar, paltolar, jiletlər, şortlar dəbdədir.
- Qısa yoxsa uzun ətəklər...
- Podiumlarda müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, əsasən mini ətəklərə üstünlük verilir. Əvvəllər dizin aşağısı nəzərdə tutulurdusa, indi dizin daha da altında olan ətəklər geyinilir. Amma nəzərə almaq lazımdı ki, geyim hansı məkan üçün nəzərdə tutulmağından asılı olaraq dəyişə bilir. Qısa və uzun geyimlər öz aktuallığını itirməyib.
- 2015-ci ildə hansı rəng dəbdə olacaq?
-Bildiyiniz kimi, hər ilin rəngini "Panton" firması müəyyənləşdirir. Bu ilin rəngi "marsal" rəngi hesab olunur. Bu qırmızı ilə bənövşəyinin qarışığı olan bir rəngdir. Nəzərinizə çatdırım ki, bu qışa aiddir. Yaza doğru "pastel tonları" üstünlük təşkil etməyə başlayacaq. Bu, açıq mavi, açıq yaşıl, limonun açıq rəngi və s. olacaq.
- Bəs hansı brendlərin geyimləri daha çox üstünlük təşkil edəcək?
- Builki kolleksiyalara nəzər salanda "Marni" mənim daha çox xoşuma gəldi. Əsas səbəb isə bu brendin geyimlərinin dəbə uyğunluq təşkil etməsidir. İndiki kolleksiyalar idman üslubundadır. Hazırda belə bir deyim var ki, "qlamur artıq geridə qalıb". Bu il rahatlıq əsas meyardır. Bu baxımdan idman üslubunda olan geyimlərin alıcılarının daha çox olacağını düşünürəm. "Valentino", "Chanel"in bütün kolleksiyalarında modellərin ayağında "krasovka"lar vardı.
- Bu il qadınlarımız daha çox şalvara, yoxsa ətəyə üstünlük verəcək?
- Bu sualın cavabı bir az mübahisəlidir. Çünki bu, qadının hara getməsindən asılı olaraq dəyişə bilər. Amma ümumən deyə bilərəm ki, qısa ətəklər daha çox üstünlük təşkil edəcək.
- Bəs saç dəbi necə olacaq?
- Bu barədə geniş danışa bilməsəm də, onu deyə bilərəm ki, əsasən dağınıq hörüklər dəbdədir. Ümumiyyətlə, uzun saçlar heç vaxt dəbdən düşmür. Bunu podiumlardakı modellərin saç formalarından da deyə bilərik. Düzdür, podiumda hər model öz obrazını yaradır. Amma onlar da qarışıq hörüklərə üstünlük verirlər.
- Bu ilin çəkmələri...
- Bu il "botforti", "krassovka", dördkünc burunlu ayaqqabılar dəbdədir. Dördkünc burunlu ayaqqabılar məhz 60-cı illərin dəbinə uyğundur. İlin sonuna qədər tam olaraq 80-ci illərin geyimlərini üşahidə edəcəyik.
- Yəqin çantalar haqda da deyəcəkləriniz var...
-Bu il podiumlarda kiçik ölçülü çantalar daxil olub. Keçən il hansısa brendin böyük formalı çantası dəbdə idisə, bu il eyni modelin kiçik ölçülü formaları dəbdə olacaq. "Chanel" brendinin çantaları hər zaman üçün mənim vazkeçilməz brendimdir. Çünki bu brendin çantaları istənilən mövsümdə istənilən yerə aparıla bilən məhsullardır.
- Bəs hansı parçalara daha çox üstünlük veriləcək?
- Barxat, tafta, şifon parçalara...
- Azərbaycan qadınının zövqü modelyer olaraq sizi qane edirmi?
- Bəli, indi xanımlarımız çox zövqlə geyinməyə başlayıblar. Bu, çox sevindirici haldır. Artıq xanımlarımız əvvəlki kimi gündəlik geyimləri ilə ziyafət geyimlərini qarışdırmır, daha sadə, zövqlü və rəngarəng geyinməyi bacarırlar.
- Dəbi həyat tərzinə çevirənlərə münasibətiniz..
-Dəbi həyat tərzinə çevirənlərə münasibətim normaldır.
- Dəblə ayaqlaşa bilməyənlərə nə deyərdiniz?
- Dəblə ayaqlaşmaq əsas deyil. Düşünürəm ki, hər xanım özünə yaraşan rənglərdən, bədənin formasına uyğun olan geyimlərdən düzgün istifadə etsə, yetərli olar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Bu il hansı geyim dəbləri, hansı rəngli paltarlar diqqət çəkəcək? - FOTO
28 Yanvar 2015 15:32
0 Şərh
Baxış: 8 930
DİGƏR XƏBƏRLƏR
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
- Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
XƏBƏR LENTİ
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin VİDEOsu
- Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
- Pakistanda “X” bu səbəbdən bağlandı
- Rusiya səfiri Almaniya XİN-ə çağırıldı
- Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO
- “Azərbaycan satıcısı hələ də əlini yuya bilmir”
- Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
- Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
- Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
- Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı
- Marketdən 8 min manatlıq spirtli içki oğurladı - FOTO
- “Hədəf dünya çempionatında uğurlu çıxış və əsas milliyə boksçular yetişdirməkdir” - VİDEO - FOTO
- Sülhməramlıların getməsi Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu - Azər Qarayev
- Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
- Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub
- Elçin Əzizov: Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır - FOTO
- Bakıda ev qiymətinə sini satılır - FOTO
- İsveç Baş naziri COP29-a dəvət edilib
- Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO
- Kuleba Blinkenlə görüşdü
- "Özümü marka olaraq görürəm" - VİDEO
- Almaniyada Rusiya casusları saxlanıldı
- Faiq Qarayev onlarla işləməyə qərar verdi
- MM ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalandı