Nazirliyin yeni addımı şəhərdə ciddi həyəcan doğurub
Bakıda rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri həyəcan içindədirlər. Belə söhbət gəzir ki, Nəqliyyat Nazirliyi indən belə fərdi avtomobillərin taksi fəaliyyəti göstərməsinə icazə verməyəcək, 1000-dən çox fərdi avtomobilin taksi lisenziyası ləğv ediləcək və onların yerinə şirkətlərin gətirdiyi yeni avtmobillər işləyəcək. Yəni bir növ Nəqliyyat Nazirliyinin sektoru inhisarların nəzarətinə verəcəyi güman edilir. Bəs əslində nə baş verir?
Anspress-in araşdırmasına görə, əslində, Nəqliyyat Nazirliyinin bazara hansısa bir inhisarçı şirkət-filan yerləşdirməklə bağlı heç bir planı yoxdur. Sadəcə, nazirlik son günlərdə qeyri-rəsmi taksi fəaliyyəti göstərən avtomobil sahiblərini lisenziya almağa dəvət edir. Həmçinin, keçirilən reydlərlə qeyri-rəsmi fəaliyyət göstərən taksilər aşkarlanaraq cərimə edilir. 140 manatlıq cərimə gündə 30-40 manat dövriyyəsi olan taksi sürücüləri üçün yetərincə yüksək rəqəmdir və təbii ki, bu qəbildən olan sürücüləri rəsmi lisenziya almağa yönəldəcək.
Əslində, bu işlər bu il Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində aparılır və əsas reydlər oyunların keçiriləcəyi 7 obyektin ətrafında aparılır. Bununla da, nazirlik bir güllə ilə iki dovşan vurur - həm bazarda lisenziyasız fəaliyyət göstərən taksilərin sayını azaldır, həm də Avropa Oyunlarının keçiriləcəyi obyektlərin ətrafında ingilis dilini bilən, modern avtomobillərdə fəaliyyət göstərən taksilər üçün meydan açır.
Artıq Bakının qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olan sürücülərində həmin obyektlərlə bağlı bir tabu yaranıb - oraya getmək olmaz. Yəqin ki, bu tabu Avropa Oyunlarına qədər sürəcək və bu müddət taksi fəaliyyətinin rəsmiləşdirmə səviyyəsini artıracaq. Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, Bakıda 20 mindən çox avtomobil lisenziya almadan fəaliyyət göstərir, lisenziyası olanları sayı isə 5 mindən aşağıdır. Ölkə üzrə isə 100 mindən çox adam qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğuldur.
Yəni bu sektorun rəsmiləşdirilməsi çox vacibdir və büdcəyə neftdənkənar daxilolmaların artmasında böyük rol oynaya bilər. Hər bir taksi sürücüsü ayda 18 manat lisenziya pulu, 21 manat isə sosial vergi ödəyir. 100 min sürücü üzrə götürdükdə bu, ildə 22 milyon manat vergi, 25 milyon manat isə sosial ödəniş deməkdir. Yəni sektorun rəsmiləşdirməsi büdcə yükünü ildə 50 milyon manat azalda bilər.
Anspress-in araşdırmasına görə, sürücüləri rəsmi fəaliyyətə yönəltmək elə də çətin deyil. 1 manat bank rüsumu da nəzərə alınmaqla aylıq ödəniş 42 manatı keçmir. Yəni ayda orta hesabla ayda 500 - 600 manat qazanan taksi sürücüləri üçün bu pulu ödəmək elə də çətin deyil. Əksəriyyəti üçün bu həm də indi yaşadıqları səksəkədən qurtuluş yoludur. Məsələ bundadır ki, 5-6 aydır ki, bu sektorda bir növ xaos yaşanır. Əvvəllər qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri hansısa qeyri-rəsmi adamlara ayda 30-40 manat pul ödəyirdilər, onlar da həmin sürücüləri qeyri-rəsmi "kod" verirdilər. Bu, həmin sürücülərin qorxu-hürküsüz taksi fəaliyyəti gerçəkləşdirməsinə imkan verirdi. 5 ay qabaq nazirlik işə qarışdı və qeyri-rəsmi "kod"lar da, qeyri-rəsmi "krışalar" kimi yoxa çıxdı.
İndi sürücülər nigarançılıq içindədir, amma bununla belə rəsmi lisenziya almaq istəyənlər çox azdır. Səbəb rəsmi fəaliyyətin bürokratik tərəfləridir. "Biz savadsız adamlarıq. Vergiyə, DSMF-ə getməyə nə vaxtımız var, nə də başımız bundan çıxır. Ümumiyyətlə, verginin adı gələndə sürücüləri vahimə bürüyür. Buna bir əncam çəksəydilər, bütün ödənişləri eyni yerdən vermək mümkün olsaydı, biz kağızdan-kuğuzdan uzaq olsaydıq, çox yaxşı olardı", - deyə belə sürücülərdən biri anspress-ə bildirib.
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bu problemi həll etmək üçün "vahid pəncərə" tətbiq etməyi mümkün sayır: "Naqliyyat Nazirliyinin patronajı altında "vahid pəncərə" tətbiq etmək olar. Yəni sürücü ora gələrək həm aylıq lisenziya pulunu, həm də DSMF ödənişini verə bilər. Hesabatlar da avtomatik təqdim oluna bilər. Yəni bunun məsuliyətini sürücünün boynundan götürmək lazımdır ki, qorxmadan fəaliyyətini rəsmiləşdirə bilsin".
Ekspert problemin ikinci həll yolunu Bakıda taksi dayanacaqlarının lisenziyalaşdırılmasında görür: "Bu məsələdə Türkiyə təcrübəsindən yararlanmılıdır. Şəhər araşdırılmalıdır və özəl taksi dayanacaqlarının yerləri, hər dayanacaqda neçə taksinin dayan biləcəyi müəyyən edilməlidir. Bu indiki xaosu aradan qaldırar. Yoxsa, qeyri-rəsmi taksi sürücüləri arı bala yığışan kimi dayancaqlara, yol kəsişmələrinə yığılaraq həm piyadaların, həm də nəqliyyatın işini çətinləşdirirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
XƏBƏR LENTİ
- “Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
- Qurban Qurbanovun oğlunun Messi ilə FOTOsu sosial şəbəkələrdə trend oldu
- Bakıda yarım milyona Quran satılır? - FOTO
- Yatmadan əvvəl 11 zeytun yeyin
- Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir”
- COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşdü
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- Yadplanetlilər haqda daha bir film çəkəcək
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?
- UEFA “Barselona”nı cərimələdi
- Çox asan hazırlanan dadlı peçenye RESEPTİ
- Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
- Meksikada da zəlzələ oldu
- Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
- Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
- İmran Əliyev hava limanında saxlanıldı
- Qadınların kişi seçəndə etdiyi səhvlər: İLK 3
- Kanye həyat yoldaşına təcavüz edən şəxsi yumruqladı
- Məhsulları internetdə necə təhlükəsiz satmaq olar? – Fırıldaqçıların məşhur sxemləri