Cəmiyyət

Metroda aləm bir-birinə dəydi: ürəyi gedən kim, işə gecikən kim... - FOTO

28 Yanvar 2015 11:02
0 Şərh     Baxış: 13 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dahi Sabir yazmışdı: "kasada, nimçədə, boşqabda kağız"... İndi onun sözü olmasın, Bakı sakinlərinin də Facebook, Twitter, İnstagram-ı ancaq metrodan olan kağız-şəkillə dolur. Səhərin gözü açılmamış ağlı məşğul edən birinci məsələ metro olur

Milli.Az xəbər verir ki, bu gün səhər açılandan paytaxt sakinləri metropolitendə baş vermiş hadisələrdən danışırlar. Qatarların geçikməsi, tabloların işləməməsi, sərnişinləri təxliyyəsi. Əsasən "Elmlər Akademiyası" - "28 May" stansiyaları arasında baş vermiş hadisələrdə zərər çəkən sərnişinlər olub.

Qatarın geçikməsi səbəbindən platformada yaranan sıxlıq bir neçə insanın bayılmasına səbəb olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. "Elmlər Akademiyası" stansiyasında baş vermiş hadisədə yaşlı qadının havasızlıqdan ürəyi gedib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a açıqlamasında 38 saylı qatarda nasazlıq yarandığını bildirdi.

""Nizami" - "Elmlər Akademiyası" istiqaməti üzüyuxarı olduğuna görə qeyd olunan qatar hərəkət edə bilməyib. Sərnişinlər qatardan düşürdülüb, qatar depoya göndərilib".

Tabloların işləməməsindən xəbərsiz olduğunu deyən Nəsimi Paşayev nasazlıqların mövcudluğunu istisna etməyərək bildirdi ki, tabloların yenilənməsi və dəyişdirilməsi prosesi gedir.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Rahil Kərimov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.