Cəmiyyət

Maşınından 2 meyit çıxan eks-deputatın oğlu danışdı - FOTO

27 Yanvar 2015 15:57
0 Şərh     Baxış: 7 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm.

Bundan əlavə, mən heç Bakıda da yaşamıram. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri virtualaz.org saytına açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.

Əbdülqadir Ansuxski bu gün özü barədə yayılan yoxlanılmamış məlumatlardan təəssüfləndiyini də bildirib: "Sizin sayt vasitəsilə ölkənin bütün kütləvi informasiya vasitələrinə müraciət və xahiş edirəm ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, jurnalist etikasına əməl etsinlər".

Qeyd edək ki, bu gün lent.az saytı və digər KİV-lər Xətai rayonu, Gəncə prospekti, 2 ünvanının qarşısındakı dəmir qarajda "Mercedes" markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyitinin tapılması barədə məlumat yayıb. Xəbərdə deyilir ki, hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub. M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qaraja avtomobillə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı maşının içinə dolub.

Sayt bildirib ki, hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Əbdülqədir Əli oğluna məxsus olub. O da qeyd edilib ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Əbdülqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.

Əbdülqədir Ansuxski isə virtualaz.org saytı vasitəsilə bu informasiyanı təkzib edir və mediadan diqqətli olmağı xahiş edir.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.