Cəmiyyət

Gec deyilmi?..

27 Yanvar 2015 18:11
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yenə ora-bura vurnuxub illərdən bəri üzünü görməyə, halını soruşmağa can atmadığın dostunu soraqlayırsan, gah yaxınlarından telefon nömrəsini soruşursan, gah da ünvanını. Yəqin yenə işin düşüb, çünki bu neçə ildə bir dəfə də olsun zəng etmədin, heç qapısını da açmadın onun.

Məclislərdə söz düşəndə: "əziz dostum" deyirdin ona, bəs niyə indi yad oldu sənə, niyə onu arayıb-axtarmadın". Dar ayaqda üstünə qaçırdın, maddi-mənəvi dəstək göstərirdi sənə. O elə bir dost idi ki, hər zaman işinə yarayırdı, xəstəxanada, xeyrində, şərində yanında idi, dərdinə şərik çıxırdı. Xəstəxanaya düşəndə günlərlə evinə getmirdi, yanında qalırdı, başının üstündə dayanıb sağalacağın günü gözləyirdi. Sənsə...

Budur, uzun axtarışdan sonra mənzilini tapmısan, nədənsə, kimdənsə ehtiyat edirmiş kimi astaca qapını döyürsən. Bilirsənmi, niyə ehtiyatlanırsan? - Qonum-qonşunun verəcəyi sorğu-suallardan: "Nə əcəb gəlmisən? Yoxsa yenə işin düşüb?" Yəqin sən də naəlac qalıb suçunu yumaqdan ötrü başlayacaqsan bəhanələr, yalanlar gətirməyə: "başım qarışıq idi, vaxt tapa bilmirdim" və s. vəilaxır...

Amma bütün bunlar sənə bəraət qazandırmır, çünki dostluq başqa şeydir, dostluq qarşındakı insandan hansı məqsədinə görəsə istifadə edib sonra da ona illər uzunu arxa çevirmək, unutmaq, yalnız işin düşəndən-düşənə qapısını döymək deyil. Dostluq sevincini, kədərini hər zaman bölüşmək, yıxılanda qolundan tutmaq, dar ayaqda dayaq olmaqdır. Hansısa bir iş, məqsəd, mənafe xatirinə qurulmur dostluq binası. Dostluq təməli möhkəm, zəlzələdən, zərbələrdən uçulmayan bina kimidir.

... Yenə onu axtarırsan. Saatlarla döysən də, lakin açılmayan qapı arxasında fikrə dalmısan, pıçıltı ilə "bağışla məni, dostum, səhvim böyükdür" deyə özünü məzəmmət edirsən. İndi artıq gec deyilmi?..

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.