Cəmiyyət

Bakıda Holokost qurbanlarının xatirəsi anılıb

27 Yanvar 2015 14:14
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Holokost pedantik şəkildə, hər şeyi sənədlərlə əsaslandıraraq sivil xalq tərəfindən törədilib. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Bakıda İsrailin Akko şəhərinin meri Şimon Lankri Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr edilmiş Bakı Slavyan Universiteti ilə Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkil etdikləri "dəyirmi masa"da çıxışı zamanı deyib.

Bu gün dünya Holokost qurbanlarının Beynəlxalq Anım Gününü qeyd edir.

Şimon Lankri bildirib: "Bu faciə zamanı yəhudilər öz fəlakətləri ilə təkbətək qaldılar. Mən Xocalını da unuda bilmirəm, Azərbaycan xalqının dərdi mənim də dərdimdir".

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun qeyd etdiyi kimi, tədbirin keçirilməsində əsas məqsəd Holokostun nəticələrindən bir daha ibrət götürülməsindən ibarətdir.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışı zamanı bildirib ki, Azərbaycanda Holokost faciəsinin müzakirəsi Azərbaycan xalqının öz dərdini yəhudi xalqı ilə bölüşdüyünü göstərir.

Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramovun sözlərinə görə, bu gün dünyada Holokost kimi, Xocalı faciəsinin də inkar edilməsinə cəhdlər göstərilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.