Cəmiyyət

Rəsul Cəfərovun məhkəməsi başladı, tanınmış reper vəsatət verdi

27 Yanvar 2015 13:11
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər - Anar Nağılbaz (Cəbiyev), Nicat İmanlı, Heybətov Əhməd, Əhmədov Cahangir iştirak ediblər. Anar Nağılbaz, Əhməd Heybətov, Nicat İmanlı vəsatətlə çıxış edərək cinayət işində zərərçəkmiş şəxs kimi tanınmalarına xitam verilməsini istəyiblər.

Daha sonra Rəsul Cəfərovun vəkilləri Fariz Namazlı və Əlibala Rzayev müdafiə etdikləri şəxsin ev dustaqlığına buraxılması, məhkəmədə mikrafonların təşkil edilməsi və müdafiə etdikləri şəxsin dəmir barmaqlıqlardan çıxarılaraq yanlarında oturması barədə vəsatət veriblər.

Prokuror Mübariz Mirili vəsatətlərin təmin olunmasını istəyib. Daha sonra hakimlər müşavirə keçiriblər və Rəsul Cəfərovun dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərin yanında oturmasını təmin ediblər. Digər vəsatətlər təmin edilməyib.

Bundan sonra prokuror ittiham aktını elan edib. Rəsul Cəfərov özünü təqsirli bilməyib. Məhkəmə iclası fevralın 10-da davam etdiriləcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R.Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.